Trampın İrana hücumlarla bağlı açıqlamalarından sonra “Brent”in qiyməti düşdü


Ticarət məlumatlarına görə, “Brent” markalı xam neftin fyuçerslərinin qiyməti təxminən 4% düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu tendensiya ABŞ Prezidenti Donald Trampın bu günə planlaşdırılan İrana zərbələri ləğv etdiyini açıqlamasından sonra baş verib. 
Bildirilib ki, saat 4:08-ə olan məlumata görə, İran Silahlı Qüvvələrinin mərkəzi komandanlığı olan Xatəm əl-Ənbiya tərəfindən İranın ABŞ-nin öz ərazisinə təkrar zərbələri qarşısında Hörmüz boğazını tamamilə bağlamaq qərarına gəldiyini açıqlamasından sonra “Brent” markalı xam neftin qiyməti 2,58% artaraq barrel üçün 95,50 dollara çatıb. Bu arada, “Brent” markalı xam neftin qiyməti gün ərzində düşərək barrel üçün 91,61 dollara (1,6% azalma) çatıb və yenidən 1,14% artaraq barrel üçün 94,16 dollara çatıb.
Saat 21:35-ə olan məlumata görə, “Brent” markalı xam neftin qiyməti 3,71% azalaraq barrel üçün 89,65 dollara düşüb. 

DİGƏR XƏBƏRLƏR

Top