
ABŞ Prezidenti Donald Tramp iyunun 11-ində İrana planlaşdırılan hücumları ləğv edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.
“Amerika Birləşmiş Ştatlarının prezidenti olaraq, bu axşam İrana planlaşdırılan hücumları və bombardmanları ləğv etdim”, - o yazıb.
Prezident iddia edib ki, Vaşinqton və Tehran arasında dialoq İran rəhbərliyinin ən yüksək səviyyələrinə çatıb.
Tətbiqimizi yükləyə bilərsiniz