Çeçenistanda Yanacaq və Energetika Nazirliyi yaradılır − Kadırov tapşırdı


Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov regional hökumətin sədri Maqomed Daudova respublikada Yanacaq və Energetika Nazirliyinin yaradılmasını nəzərdən keçirməyi tapşırıb.
Yeniavaz.com
xəbər verir ki, region rəhbəri bu barədə teleqram kanalında məlumat verib.
“Mən Maqomed Daudova Çeçenistan Respublikasının Tikinti, Mənzil və Kommunal Xidmətlər, Yanacaq və Energetika nazirliklərindən bu funksiyaları çıxararaq ayrıca Yanacaq və Energetika Nazirliyinin yaradılmasını nəzərdən keçirməyi tapşırdım. Nazirliyin hazırkı rəhbəri Müslüm Zaypullayev artıq genişmiqyaslı məsələlərin həllinə və mənzil-kommunal sektorda öhdəliklərin yerinə yetirilməsinə diqqət yetirir”, - Kadırov yazıb.
 

DİGƏR XƏBƏRLƏR

Top