
ABŞ Müdafiə Nazirliyinin Arlingtondakı qərargahının bir neçə mərtəbəsi və dəhlizi “təhlükəli materiallar hadisəsi” səbəbindən bağlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN üç mənbəyə istinadən məlumat yayb.
Məlumata görə, Pentaqon kompleksinin ikinci mərtəbəsindən beşinci mərtəbəsinə qədər olan dördüncü-yeddinci dəhlizlər bağlanıb. Personal həmin ərazilərdən təxliyə edilib. Başqa bir mənbə binadakı polis əməkdaşlarının qaz maskaları və tam kimyəvi qoruyucu vasitələr taxdığını bildirib.
Pentaqon təhlükəsizlik xidməti tərəfindən göndərilən mesajda “hava keyfiyyəti problemi” aşkarlandığı və əlavə testlərin tələb olunduğu, bunun bir-iki saat çəkə biləcəyi bildirilib.
Arlington Yanğından Mühafizə və Xilasetmə Xidmətinin açıqlamasında deyilir ki, təhlükəli materiallar üzrə qrup Pentaqona göndərilib və Pentaqon heyətinə təhlükəli material hadisəsinə cavab verməkdə kömək edir.
Tətbiqimizi yükləyə bilərsiniz