
Rusiyanın Rostov-na-Donu şəhərindəki Oktyabrski Rayon Məhkəməsi yerli sakini “VKontakte”də Taliban haqqında paylaşım altında şərh yazdığına görə cərimələyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Diqqət, xəbərlər” məlumat yayıb.
Teleqram kanalının məlumatına görə, sözügedən şəxs 19 yaşlı Yeqor A.-dır. “VKontakte” qrupundakı paylaşımın başlığında belə yazılıb: “Taliban Rusiyanı nar, kişmiş, koka-kola, xalça və pambıqla dolduracaq”. Yeqor A. İsə bu paylaşımın altında təhqiramiz ifadələr yazıb: “Onların Rusiyada nə işi var, mağaralarda yaşayan axmaqlar?”
Məhkəmə şərhin “Rusiya Federasiyası və Əfqanıstan xalqları arasında nifrət və ya düşmənçilik təhrik etdiyi” barədə qərar verib. Yeqor A. həmçinin miqrantlarla bağlı daha iki şərhdə ittiham olunub.
Məhkəmə qərarında təqsirləndirilən şəxsin günahını etiraf etdiyi və peşman olduğunu bildirdiyi qeyd edilib. O 10 min rubl cərimə ödəməlidir.
Tətbiqimizi yükləyə bilərsiniz