81 yaşlı Knyaz Həsənov yenidən Ermənistanda deputat seçildi


Ermənistanda kürd icmasının tanınmış üzvlərindən olan 81 yaşlı Knyaz Həsənov yenidən Ermənistan parlamentinin deputatı seçilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı Knyaz Həsənovun qızı, Qazaxıstanın tanınmış iş adamlarından olan Narin Nadirova sosial şəbəkə hesabında paylaşıb.
Narin Nadirova bildirib ki, atası Knyaz Həsənov Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi partiyadan – Vətəndaş Müqaviləsi Partiyasından deputat seçilib.
Məlumat üçün bildirək ki, Knyaz Həsənov 2020-ci ildə parlamentdə çıxışında Azərbaycanı və Türkiyəni erməni və kürd xalqının qatı düşməni adlandırıb.
Onu da qeyd edək ki, Knyaz Həsənovun qızı Narin Nadirova Qazaxıstanın tanınmış alimlərindən olan Nadir Nadirovun gəlinidir. 1933-cü ildə Naxçıvanda anadan olan kürd əsilli Nadir Nadirov Qazaxıstan Elmlər Akademiyasının üzvü olub və 2021-ci ildə dünyasını dəyişib.
Narin Nadirova Qazaxıstanda “Home Credit Bank”ın rəhbəri olmaqla bərabər, Türkiyədə Diyarbəkir şəhərini Superliqada təmsil edən “Amedspor” futbol klubunun İdarə Heyəti sədrinin müavinidir.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top