“Xarq adasını ələ keçirəcəyik” – Tramp


ABŞ İranın Xarq adasını ələ keçirməyə cəhd etmək niyyətindədir.
Yeniavaz.com
xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə “Truth Social” sosial şəbəkə səhifəsində bildirib.
“Çox da uzaq olmayan gələcəkdə biz Xarq adasını və digər neft infrastruktur aktivlərini ələ keçirəcək və Venesuelada etdiyimiz kimi, onların neft və qaz bazarları üzərində tam nəzarəti bərqərar edəcəyik və bu, həm onlar, həm də ABŞ üçün parlaq nəticələr verəcək”, - Amerika lideri qeyd edib.
Tramp həmçinin, ABŞ-nin bu gecə İrana zərbələr endirməyə davam edəcəyini bildirib.
“ABŞ bu gecə İrana çox sərt zərbə endirəcək”, - deyə Amerika lideri əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top