Yanvar ayının 22-dən 23-nə keçən gecə cəbhə xəttində erməni hərbi qulluqçu Karen Ulubabyan həlak olub. "Yeniavaz.com"un Panarmenian.net-ə istinadən verdiyi məlumata görə, cəbhənin şərq istiqamətindəki mövqelərdən birində Azərbaycan ordusu tərəfindən açılan atəş nəticəsində müqavilə əsasında orduda xidmət edən 22 yaşlı Karen Ulubabyan ölümcül güllə yarası alıb. Qeyd edək ki, erməni əsgərin öldürülməsinə səbəb qarşı tərəfin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Ordusunun açdığı cavab atəşi olub. Bu, son günlərdə qoşunların təmas xəttində öldürülən 3-cü erməni əsgəridir.