
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) 2026-cı il Dünya Kubokunun favoritlərindən ibarət milli komandaların yeni reytinq cədvəlini dərc edib.
Yeniavaz.com xəbər verir ki, reytinqə Argentina milli komandası (1877.27 xal) başçılıq edir.
İkinci yeri İspaniya (1874.71 xal), üçüncü yeri isə Fransa milli komandaları (1870.70 xal) tutur.
Favoritlər arasında milli komandaların ilk 10-luğu aşağıdakı kimidir:
1. Argentina – 1877.27 xal;
2. İspaniya – 1874.71;
3. Fransa – 1870.70;
4. İngiltərə – 1828.02;
5. Portuqaliya – 1767.85;
6. Braziliya – 1765.86;
7. Mərakeş – 1755.10;
8. Hollandiya – 1753.57;
9. Belçika – 1742.24;
10. Almaniya – 1742.24.
Qeyd edək ki, FİFA Dünya Kuboku bu gün, 11 iyunda başlayır. Turnir ABŞ, Meksika və Kanadada keçiriləcək. Final isə 19 iyulda baş tutacaq. Argentina hazırkı dünya çempionudur.
Tətbiqimizi yükləyə bilərsiniz