Ərdoğan və Şahbaz Şərif Paşinyanı təbrik etdi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan Baş naziri Nikol Paşinyana Vətəndaş Müqaviləsi Partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik mesajı göndərib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
“Xalqım və şəxsən öz adımdan sizi 7 iyun 2026-cı ildə Ermənistan Respublikasında keçirilən parlament seçkilərində rəhbərlik etdiyiniz Vətəndaş Müqaviləsi Partiyasının uğuru münasibətilə səmimi qəlbdən təbrik edir və üçüncü dəfə hökumət qurmaqda sizə uğurlar arzulayıram.
Əminəm ki, regionda davamlı sülh və sabitliyin bərqərar olması və bu istiqamətdə lazımi əməkdaşlığın təmin edilməsi ilə bağlı strateji vizyonunuz uğurla həyata keçiriləcək.
Bu fürsətdən istifadə edərək, bir daha sizə cansağlığı və rifah, Ermənistan xalqına isə firavanlıq və xoşbəxtlik arzulayıram”, - təbrikdə deyilir.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif də Paşinyana təbrik mesajı göndərib. 
“Pakistan xalqı və hökuməti adından, eləcə də şəxsən öz adımdan Ermənistanda bu yaxınlarda keçirilən parlament seçkilərində qələbəniz münasibətilə sizi ürəkdən təbrik edirəm.
Yenidən seçilməyiniz Ermənistan Respublikası xalqının liderliyinizə və dinc və mütərəqqi bir millət üçün vizyonunuza olan inamını və etibarını əks etdirir.
Pakistan-Ermənistan münasibətlərini gücləndirmək üçün Zati-alilərinizlə işləməyi səbirsizliklə gözləyirəm və Pakistanın Azərbaycan ilə Ermənistan arasında sülhə və konstruktiv əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulamaq istərdim. 
Ümid edirik ki, yeni vəzifəniz Cənubi Qafqazda sülhün, sabitliyin və iqtisadi inkişafın təşviqinə töhfə verəcək.
Sizə möhkəm cansağlığı, rifah, dost Ermənistan xalqına isə tərəqqi və rifah arzulayıram.
Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin”, - deyə Şahbaz Şərif bildirib.

DİGƏR XƏBƏRLƏR

Top