Yamal UNICEF-in xoşməramlı səfiri oldu


“Barselona”nın və İspaniya millisinin hücumçusu Lamin Yamal UNICEF-in xoşməramlı səfiri təyin edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə kataloniya klubunun rəsmi saytı məlumat yayıb.
Məlumata görə, 18 yaşlı futbolçu təşkilatın ən gənc səfirlərdən biri kimi tarixə düşüb.
O, uşaqların oynamaq hüququnu təşviq edəcək və fövqəladə hallarda yetkinlik yaşına çatmayanlar üçün proqramlarda iştirak edəcək.
UNICEF-in məlumatına görə, dünyada beş yaşdan kiçik 90 milyondan çox uşağın oyuncaqlara çıxışı yoxdur və iki-dörd yaşlarında təxminən 80 milyon uşaq evdə oyun oynamır.
Yamal 2024-cü ildən bəri UNICEF-lə əməkdaşlıq edir. Fondun “Barselona” ilə tərəfdaşlığı iyirmi il davam edib: 2006-cı ildən 2022-ci ilə qədər təşkilatın loqotipi klubun formalarında yer alıb.
Qeyd edək ki, 2025/2026 mövsümündə Yamal 24 qol və 17 məhsuldar ötürmə ilə bütün yarışlarda “Barselona”nın ən çox qol vuran oyunçusu olub. La Liqada o, 28 matçda 16 qol vurub və 11 məhsuldar ötürmə edib. O, həmçinin, La Liqada mövsümün oyunçusu seçilib.
Xatırladaq ki, Lamin Yamalın UNICEF-in xoşməramlı səfiri olduğu bu gün həm də 11 iyun Beynəlxalq Oyun Günü ilə üst-üstə düşür.

DİGƏR XƏBƏRLƏR

Top