
Hazırda qızılın unsiyası təxminən 4 000 dollar, gümüş isə 60 dollar ətrafında ticarət olunur.
Yeniavaz.com xəbər verir ki, bu son bir ayda qızıl və gümüşün qiymətində müvafiq olaraq 13% və 26% azalma deməkdir.
Qeyd olunur ki, bazardakı pessimist əhval-ruhiyyə ABŞ-də inflyasiya statistikası və istehlak qiymətlərinin kəskin artması ilə əlaqədardır.
Məlum olduğu kimi, istehlak qiymətlərinin artması ABŞ Federal Ehtiyat Sisteminin uzun müddət yüksək faiz dərəcələrini saxlayacağı və ya pul siyasətini sərtləşdirəcəyi ilə bağlı bazar gözləntilərini gücləndirir.
Bunu ABŞ Xəzinədarlıq istiqrazları üzrə faiz dərəcələrinin artması da təsdiqləyir ki, bu da investorları kapital köçürməyə sövq edir.
Tətbiqimizi yükləyə bilərsiniz