İran ABŞ hərbi bazalarında 18 hədəfi vurduğunu açıqlayıb


İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərqdəki Amerika hərbi bazalarında 18 hədəfin vurulduğunu bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İran dövlət televiziyası SEPAH-a istinadla məlumat yayıb.
Məlumata görə, əməliyyatın iki dalğası ərzində SEPAH-ın aerokosmik və hərbi dəniz qüvvələrinin qırıcıları ABŞ ordusuna məxsus Əli əl-Salim və Əhməd əl-Cabir bazalarındakı 18 hədəfi vurub.
İran dövlət televiziyasının verdiyi məlumata görə, onların arasında Bəhreyndə yerləşən Şeyx İsa bazası da olub.
SEPAH-ın məlumatına görə, zərbələr ABŞ ordusunun bir sıra korpus bölmələrinə, sahil postlarına, polis məntəqələrinə və Bəndər Abbas hava limanı ərazisinə qarşı hərəkətlərinə cavab olaraq endirilib.
Əməliyyatda həm raketlərdən, həm də dronlardan istifadə edildiyi bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top