“Əminəm ki, payızda TRIPP layihəsinin tikintisinə başlayacağıq” – Xudatyan


“Hazırda TRIPP proqramı çərçivəsində tərəfdaşların fəal iştirakı ilə hazırlıq işləri davam edir”.
Yeniavaz.com
News.am-a istinadla xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan deyib.
O bildirib ki, tədqiqat və hazırlıq prosesləri son mərhələdədir.
Nazir xatırladıb ki, 2026-cı ilin may ayının sonu və ya iyun ayında Ermənistan və ABŞ xarici işlər nazirləri müvafiq sənədi imzalayıblar:
“Əminəm ki, 2026-cı ilin ikinci yarısında, payızda və ya qışda biz artıq tikinti mərhələsinə keçəcəyik”.

DİGƏR XƏBƏRLƏR

Top