Yağış yağacaq, dolu düşəcək, daşqın olacaq – Xəbərdarlıq


Azərbaycanın rayonlarında iyunun 12-dən 17-dək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Məlumata görə, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq və dağətəyi rayonlarda isə yağıntının bir qədər güclənəcəyi ehtimalı var.
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

DİGƏR XƏBƏRLƏR

Top