“Forbes” Dünya Kubokunun ən çox qazanan futbolçularını açıqladı


“Forbes” jurnalı bu gün başlayacaq Dünya Kubokunun ən çox qazanan futbolçularının adlarını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo Dünya Kubokunda iştirak edən ən çox qazanan futbolçuların siyahısına başçılıq edib.
Nəşrin məlumatına görə, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu son 12 ayda 300 milyon dollar qazanıb ki, bunun 235 milyon dolları futboldan, 65 milyon dolları isə reklamlardan əldə edilib.
İkinci yerdə 140 milyon dollarla Argentina millisinin oyunçusu Lionel Messi qərarlaşıb. İlk üçlüyü 95 milyon dollarla Fransa millisinin oyunçusu Kilian Mbappe tamamlayıb.
“Forbes”in siyahısı ümumilikdə 11 futbolçunu əhatə edib.
Siyahını təqdim edirik:
1. Kriştianu Ronaldo (Portuqaliya) – 235 milyon dollar,
2. Lionel Messi (Argentina) – 140 milyon dollar,
3. Kilian Mbappe (Fransa) – 95 milyon dollar,
4. Erlinq Holan (Norveç) – 80 milyon dollar,
5. Vinisius Junior (Braziliya) – 60 milyon dollar,
6. Məhəmməd Salah (Misir) –  55 milyon dollar,
7. Sadio Mane (Seneqal) –  54 milyon dollar,
8. Cud Bellinqem (İngiltərə) –  44 milyon dollar,
9. Lamin Yamal (İspaniya) – 43 milyon dollar,
10. Harri Keyn (İngiltərə) – 41 milyon dollar,
11. Neymar (Braziliya) – 38 milyon dollar.


Qeyd edək ki, Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək. Turnirdə ilk dəfə olaraq 48 komanda iştirak edəcək.

DİGƏR XƏBƏRLƏR

Top