Rusiya miqrantlara tətbiq edilən rüsumları 5-12 dəfə artırdı


Rusiya Dövlət Duması miqrantlar üçün dövlət rüsumlarının artırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.
Yeniavaz.com
“İnterfaks” agentliyinə istinadla xəbər verir ki, ümumilikdə miqrantlar üçün rüsumlar 5-12 dəfə artırılıb.
Belə ki, qanun layihəsi Rusiya vətəndaşlığı ilə bağlı müraciət edənlər üçün 12 dəfə - 4 200 rubldan 50 000 rubla qədər, müvəqqəti yaşayış icazəsi ilə bağlı müraciət edənlər üçün 8 dəfə (1 920 rubldan 15 000 rubla qədər), daimi yaşayış icazəsi ilə bağlı müraciət edənlər üçün 5 dəfə (6000 rubldan 30 000 rubla qədər) rüsum artımını nəzərdə tutur.
Bundan əlavə, miqrantlara iş icazələrinin verilməsi ilə bağlı dövlət rüsumları da artırılaraq, hər bir xarici mütəxəssis üçün 15 000 rubla çatacaq.
Bundan əlavə, qanun layihəsi Rusiya Prezidentinin fərmanına uyğun olaraq Rusiya üçün maraq kəsb edən xarici vətəndaşları və vətəndaşlığı olmayan şəxsləri və onların ailə üzvlərini müvəqqəti yaşayış icazəsi və ya daimi yaşayış icazəsi verilməsi ilə bağlı dövlət rüsumlarını ödəməkdən azad edir.

DİGƏR XƏBƏRLƏR

Top