Onlar da saxlanıldılar


İstanbul Respublika Baş Prokurorluğu məşhurlara qarşı narkotik istintaqı çərçivəsində yeni əməliyyata başlayıb.
Yeniavaz.com
“Haberler.com” portalına istinadla xəbər verir ki, narkotiklə mübarizə idarəsi tərəfindən təşkil edilən əməliyyat çərçivəsində 22 nəfər saxlanılıb.
Məlumata görə, saxlanılanlar arasında məşhur müğənni Kənan Doğulu, həyat yoldaşı, tanınmış aktrisa Beren Saat, tanınmış aktyor Enis Arıkan və müğənni Berdan Mardini də var.
Saxlanılan şəxslər tibbi müayinədən keçirildikdən sonra ifadə vermək üçün Narkotik Cinayətlərlə Mübarizə İdarəsinə aparılıblar.
Rəsmilər hələlik istintaqla bağlı ətraflı məlumat verməsələr də, əməliyyatın əhatə dairəsinin genişlənə biləcəyi qeyd olunur.

DİGƏR XƏBƏRLƏR

Top