İran Hörmüz boğazını tam bağladı


İran Hörmüz boğazının bütün növ daşımalar üçün bağlandığını elan edib.  
Yeniavaz.com
“Tasnim” agentliyinə istinadla xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahı məlumat yayıb.
“Bundan sonra regionda təhlükəsizliyin olmaması səbəbindən Hörmüz boğazı neft tankerləri və ticarət gəmiləri də daxil olmaqla bütün növ gəmilər üçün bağlı elan edilib”, - “Tasnim” agentliyi qərargahdan sitat gətirib.
Qərargah, həmçinin Hörmüzdən keçməyə çalışan istənilən gəminin hücuma məruz qalacağını bildirib.
“Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahı boğazın bağlanmasını ABŞ-nin “vəhşiliklərini davam etdirməsi” və Amerika qoşunlarının Hörmüzqan əyalətinin bəzi cənub bölgələrinə zərbələr endirməsi ilə izah edib.
Digər tərəfdən, SEPAH Hərbi Dəniz Qüvvələri də öz növbəsində boğazdan keçməyə çalışan iki gəmini vurduğunu elan edib.

DİGƏR XƏBƏRLƏR

Top