ABŞ İrana növbəti genişmiqyaslı hücumunu həyata keçirdi


ABŞ silahlı qüvvələri İranın cənubundakı hava hücumundan müdafiə sistemlərinə, radarlarına və pilotsuz təyyarələrin idarəetmə obyektlərinə zərbələr endirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ-də fəaliyyət göstərən “Axios” nəşri mənbələrə istinadla məlumat yayıb.
İranın dövlət xəbər agentliyi İRNA-nın məlumatına görə isə, partlayışlar Bəndər Abbas hava limanı və hava bazası ərazisində, eləcə də İranın hərbi və dəniz bazasının yerləşdiyi Sirik liman şəhərində baş verib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran mediasında İran qüvvələrinin hücumlara cavab olaraq Hörmüz boğazında ABŞ hərbi gəmisinə raket hücumu təşkil etməsi xəbərini təkzib edib.
CENTCOM, həmçinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazını bağlamaqla bağlı bəyanatını da təkzib edib.
İranın dövlət mediası ABŞ-nin zərbələrinə cavab olaraq Küveyt və Bəhreyndə yerləşən Amerika hərbi obyektlərinə hücum edildiyini yazıb.
Daha sonra ABŞ Mərkəzi Komandanlığı İrana qarşı həyata keçirilən son hərbi əməliyyatların başa çatdırıldığını bəyan edib.
Xatırladaq ki, iyunun 9-da ABŞ Hörmüz boğazında vurulan Amerika Apaçi helikopterinə görə İranı günahlandırmış və İranın hərbi obyektlərini bombalamaqla cavab vermişdi .
İyunun 10-da isə İran ABŞ-nin hücumuna cavab olaraq İordaniya, Küveyt və Bəhreyndə yerləşən Amerika hərbi obyektlərinə zərbələr endirdiyini açıqlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top