“ABŞ ümid edir ki, İrana qarşı hücumlar razılaşmanın bağlanmasına mane olmayacaq” − “Axios”


“Vaşinqton administrasiyası ümid edir ki, ABŞ-nin çərşənbə axşamı İrana endirdiyi zərbələr Tehranla razılığa gəlmək ehtimalını aradan qaldırmayacaq”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
ABŞ rəsmisinin sözlərinə görə, zərbələr çərşənbə axşamı ABŞ təsirini bərpa etmək üçün həyata keçirilib, lakin razılaşma ehtimalını açıq saxlamaq üçün heç kimin ölməməsi hesablanıb:
“Həmçinin, Qətər vasitəçiləri danışıqları bərpa etmək və qalan fikir ayrılıqlarını həll etmək ümidi ilə Tehranda danışıqlar aparırlar”.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl bildirib ki, ABŞ yaxın saatlarda İrana yeni, sərt zərbələr endirmək niyyətindədir.

DİGƏR XƏBƏRLƏR

Top