
“Vest Hem Yunayted”in yarımmüdafiəçisi Mateus Fernandes “Real Madrid” və “Mançester Yunayted”in maraq dairəsinə düşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə idman jurnalisti Nikolo Şira sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, hər iki klub 21 yaşlı portuqaliyalı futbolçu ilə müqavilə imzalamaq üçün aktiv danışıqlar aparır.
“Vest Hem”in Premyer Liqadan çıxmasına baxmayaraq, klub oyunçunun satışından xeyli məbləğ əldə edə bilər. “Vest Hem” əsas oyunçuları ilə ayrılmağa hazırdır və Çempionşipə düşməsindən sonra yaranan maliyyə itkilərini kompensasiya etmək üçün Fernandes üçün ən azı 90 milyon avro qiymət deyib.
Tətbiqimizi yükləyə bilərsiniz