Yasamalda çoxmərtəbəli binada yanğın baş verdi − Video


Bakının Yasamal rayonunda yerləşən obyektdə yanğın baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə rayonun Həsən bəy Zərdabi küçəsində yerləşən obyektdə yanğın olması barədə məlumat daxil olub.
Məlumat əsasında dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb edilib. qurumun qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb və alov qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri FHN əməkdaşları tərəfindən təxliyə olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.


 

DİGƏR XƏBƏRLƏR

Top