Ərdoğan CHP-ni sərt tənqid etdi: “Pavyon masalarına salıblar”


“CHP-nin 38-ci qurultayı ilə bağlı gedən müzakirələrdə qurultayı təşkil edənlər də, həmin qurultaya şaibə (şübhə) qarışdığını iddia edənlər də, bu iddiaları sənədləri ilə birlikdə məhkəməyə daşıyıb haqqını axtaranlar da elə CHP-lilərin özləridir”.
Yeniavaz.com
xəbər verir ki, ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabında məlumat yayıb.
“Qazi Mustafa Kamalın (Atatürk – red.) qurduğu partiyanı, üzr istəyərək deyirəm, pavyon masalarına salanlar yenə özləridir. Rüşvət aldım, rüşvət verdim, filan kəsə bu qədər pul ötürdüm” deyənlər də eyni şəkildə öz daxillərindəki insanlardır. Dünən “xalqın ümidi” dediklərinə bu gün “xain” damğası vuranlar da özlərindən başqası deyil”, - o yazıb.

DİGƏR XƏBƏRLƏR

Top