İran XİN ABŞ qoşunlarını Yaxın Şərq ölkələrindən çıxmağa çağırdı


İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ni Yaxın Şərqdən qoşunlarını geri çəkməyə çağırıb. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesabında yazıb. 
“Silahlı qüvvələrimiz heç bir hücumu və ya təhdidi cavabsız qoymayacaq. Təhlükəsizlikdə olmaq istəyirsinizsə, bölgəmizi tərk edin”, - o, yazıb.
Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazı üzərində Amerika “Apache” helikopterinin vurulmasından sonra İrana qarşı zərbələr endiriləcəyini elan etmişdi. Buna cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusu (İran Silahlı Qüvvələrinin elit bölməsi) Yaxın Şərqdəki Amerika bazalarına hücum etdi.
 

DİGƏR XƏBƏRLƏR

Top