İyulun 1-dən Bakı-Balakən-Bakı qatarının hərəkət cədvəlinə dəyişiklik edilir


“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Balakən-Bakı marşrutu üzrə hərəkət cədvəlinə iyulun 1-dən etibarən hər iki istiqamətdə dəyişiklik edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə səhmdar cəmiyyəti məlumat yayıb. 
Bildirilib ki, qatar Bakıdan saat 23:30-də (23:50 əvəzinə), Balakəndən isə 21:10-da (22:00 əvəzinə) yola düşəcək.

DİGƏR XƏBƏRLƏR

Top