“Uşaqların sosial mediadan istifadəsi tənzimlənməlidir” – Nazir


“Uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsi vacibdir”.
Yeniavaz.com
“Report”a istinadla xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” kitabının təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, hazırda uşaqlar təhsil prosesində sosial mediadan və müxtəlif rəqəmsal vasitələrdən daha çox istifadə edirlər:
“Uşaqları elektron formatlardan uzaq tutsaq, cəmiyyət olaraq inkişaf edə bilməyəcəyik. Uşaqları məcburi şəkildə ənənəvi üsula qaytara bilmərik. Məsələn, uşağın diqqətini ənənəvi dərslikdən daha çox maraqlı və cəlbedici video məzmunun cəlb etməsi təbii haldır. Bu da uşaqların informasiya qəbul etmə üsullarının dəyişdiyini göstərir. Bu gün uşaqların 50 %-i sosial media ilə informasiya əldə edir. Onları sosial media platformaları, eləcə də elektron formatlardan uzaq tutmaq əvəzinə, bunu tənzimləməyi bacarmaq lazımdır. Dövlət bu sahəni tənzimləməyə çalışır və çalışmalıdır da. Çünki burada əsas məsələ düzgün və effektiv tənzimləmənin təmin edilməsidir”.

DİGƏR XƏBƏRLƏR

Top