
“Opta” superkompüteri İspaniya milli komandasını 2026-cı il Dünya Kubokunun əsas favoriti adlandırıb.
Yeniavaz.com xəbər verir ki, İspaniyanın qələbə ehtimalı 16% qiymətləndirilib.
Fransa 12,9%-lə ikinci, İngiltərə isə 10,8%-lə üçüncü yerdədir.
Qeyd edək ki, Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək. Qarşıdan gələn Dünya Kuboku 48 komandanın iştirak edəcəyi ilk turnir olacaq.
Xatırladaq ki, hazırkı dünya çempionu Argentinadır. Komanda 2022-ci il Dünya Kubokunun finalında Fransanı məğlub etmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz