
“Real Madrid” argentinalı hücumçu Xulian Alvares üçün “Atletiko”ya 150 milyon avro təklif etdiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Real Madrid”in rəsmi saytında məlumat dərc olunub.
Məlumata görə, qərar klubun son idarə heyətinin iclasından sonra qəbul edilib.
“Atletiko Madrid” təklifi araşdırdıqdan sonra təklifə görə minnətdarlığını bildirib və oyunçunun transfer bəndini əsas gətirərək təklifi qəbul etməyib.
Qeyd edək ki, ötən həftə “Real Madrid”in Prezidenti Florentino Perez 9 iyun çərşənbə axşamı günü adı açıqlanmayan bir oyunçu üçün 150 milyon avro təklif edəcəyini açıqlamışdı.
Xatırladaq ki, Alvaresin 26 yaşı var və o, 2024-cü ildən “Atletiko”da oynayır. Hücumçu əvvəllər İngiltərənin “Mançester Siti” klubunda oynayıb və bu klubla iki dəfə İngiltərə çempionu (2023, 2024), bir dəfə Çempionlar Liqasının qalibi (2023), Klublararası Dünya Kubokunun (2023), kubokun (2023) və ölkə superkubokunun (2024) qalibi, eləcə də UEFA Superkubokunun (2023) sahibi olub. Alvares həmçinin Argentina “River Pleyt”ində də oynayıb və bu klubla milli çempionluğu (2021), Libertadores Kubokunu (2018), Argentina Kubokunu (2019) və Argentina Superkubokunu (2019) qazanıb.
Alvares Argentina millisində 51 oyun keçirib, 14 qol vurub və 4 məhsuldar ötürmə edib. Hücumçu milli komanda ilə 2022-ci il Dünya Kubokunu, Amerika Kubokunu (2021, 2024) və “Finalissima” (2022) mükafatını qazanıb.
Tətbiqimizi yükləyə bilərsiniz