
Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş barədə hələlik dəqiq razılıq yoxdur.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Hələlik dəqiq razılıq yoxdur. Bilirsiniz ki, seçki nəticələrinin rəsmi elanı iyunun 14-də gözlənilir. Həmçinin, bilirsiniz ki, bir çox seçki iştirakçısı nəticələrə etiraz etməyi planlaşdırır. Buna görə də, səslərin yenidən sayılması nəzərdə tutulur. Bu, kifayət qədər uzun və mürəkkəb bir prosesdir”, - deyə Peskov qeyd edib.
Rusiya prezidentinin mətbuat katibinin sözlərinə görə, Ermənistanın baş naziri, çox güman ki, ölkə daxilindəki bu proseslərlə məşğuldur.
Kremlin xüsusi nümayəndəsi bildirib ki, tərəflər seçki vəziyyətinin nəticəsindən asılı olaraq, ikitərəfli səviyyədə görüşlə bağlı qərar qəbul edəcək.
Qeyd edək ki, iyunun 3-də Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərindən sonra Rusiyaya səfər etməyi və Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırdığını açıqlamışdı.
Tətbiqimizi yükləyə bilərsiniz