
Bu ilin yanvar-may aylarında ölkədə 51 milyard 783,8 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ÜDM istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyişməz qalıb.
Qeyd edək ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1% azalıb, qeyri neft-qaz sektorunda isə 0,4% artıb.
Məlumat üçün bildirək ki, əvvəlki dövrdə – yanvar-aprel aylarında Azərbaycanda ÜDM istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2% artıb, yanvar-mart aylarında isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,3% azalıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz