
Kazinoda çəkilən görüntülərinin sosial mediada yayılmasından sonra Türkiyənin Batumi şəhərindəki baş konsulu Adnan Altay Altınörs vəzifəsindən geri çağırılıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyi tərəfindən aparılan araşdırmadan sonra Altınörs tutduğu vəzifədən azad edilib.
Məlumata görə, Altınörsün yerinə Türkiyənin Tbilisi səfirliyində müşavir vəzifəsində çalışan Banu Terzioğlu təyin edilib.
Adnan Altınörsün geri çağırılması ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən hələlik əlavə rəsmi açıqlama verilməyib.
Tətbiqimizi yükləyə bilərsiniz