Modi baş nazir kimi rekorda imza atdı – 4399 gündür...


Hindistanın Baş naziri Narendra Modi ölkənin müasir tarixində bütün baş nazirlər arasında ən uzun fasiləsiz hökumət başçısı kimi rekorda imza atıb.
Yeniavaz.com
“The Hindustan Times” qəzetinə istinadla xəbər verir ki, bu gün Modinin baş nazir kimi and içməsindən 4399 gün keçir.
Belə ki, Modi ilk dəfə baş nazir kimi, 26 may 2014-cü il tarixində and içib. Bununla da o, müstəqil Hindistanın ilk baş naziri Cəvahirləl Nehrunun rekordunu keçib. Cəvahirləl Nehru 4398 gün vəzifədə olub. O, 13 may 1952-ci ildən vəfat etdiyi 27 may 1964-cü ilə qədər baş nazir postunu tutub.
Bu nəticəyə görə, üçüncü olan İndira Qandi isə baş nazir kimi 4077 gün baş nazir vəzifəsini icra edib. Qandi bu vəzifəni 24 yanvar 1966-cı ildən 24 mart 1977-ci ilə qədər fasiləsiz olaraq tutub.
Bundan əlavə, Modi Nehrudan sonra vəzifədə olan baş nazir kimi ardıcıl üç parlament seçkisində qalib gələn ilk hökumət başçısı olub.
“The Hindustan Times” qəzetinin qeyd etdiyi kimi, bu rekord Hindistanda baş verən dramatik dəyişikliklər fonunda qeydə alınıb.
Nehru müstəqillikdən sonrakı ilk illərdə ölkəyə rəhbərlik etdiyi dövrdə Hindistanın əhalisi təxminən 340 milyon nəfər olub. Modi 2014-cü ildə vəzifəyə başlayanda isə əhalinin sayı 1,31 milyarddan çox olub və o vaxtdan bəri əhalinin sayı 1,46 milyardı keçib.

DİGƏR XƏBƏRLƏR

Top