
Bu ilin iyun ayının 1-ə olan məlumata görə, Azərbaycanda əmək müqavilələrinin sayı 1 milyon 893 min 84 olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Dövlət Vergi Xidməti tərəfindən açıqlanıb.
Məlumatda bildirilir ki, qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 1 milyon 46 min 601 təşkil edib.
Qeyd edək ki, Dövlət Vergi Xidməti bu məlumatı “Əmək müqavilələrinin sayı artıb” başlığı ilə paylaşsa da, bu göstəricinin hansı dövrlə müqayisədə və neçə faiz artdığı qeyd olunmayıb.
Dövlət Vergi Xidmətinin bu ilin əvvəli üçün açıqladığı məlumatlara istinadən apardığımız hesablama isə göstərir ki, əmək müqavilələrinin sayında azalma olub. Belə ki, 1 yanvar 2026-cı il tarixi ilə müqayisədə 1 iyun 2026-cı il tarixində əmək müqavilələrinin sayı 0,1% və ya 2 min 294 vahid azalıb.

Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz