
ABŞ-nin su anbarlarına endirdiyi zərbələr nəticəsində İranın Hörmüzqan əyalətinin ən azı 20 min sakini susuz qalıb.
Yeniavaz.com “Fars” agentliyinə istinadla xəbər verir ki, bu barədə əyalətin su təchizatı və kanalizasiya şirkətinin baş direktoru Həmzə Pur bildirib.
Onun sözlərinə görə, 500 və 2000 kubmetr tutumlu iki beton çən sıradan çıxıb.
Şirkət direktoru bildirib ki, hazırda su təchizatı dayandırılıb və alternativ su təchizat variantları araşdırılır.
Qeyd edək ki, bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində ABŞ-yə məxsus “Apache” helikopterinin vurulmasından sonra İran ərazisinə zərbələr endirildiyini bəyan edib. Buna cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərqdəki ABŞ bazalarına hücum edib.
Tətbiqimizi yükləyə bilərsiniz