2008-ci ildən axtarışda olan Yusif Əliyev Rusiyada saxlanıldı


18 il axtarışda olan azərbaycanlı Yusif Əliyev Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən Sankt-Peterburqda saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Kommersant” qəzetinə Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsindəki mənbə bildirib.
54 yaşlı Yusif Əliyevin 2008-ci ildən bəri bir neçə maddə ilə, o cümlədən iki və daha çox şəxsin öldürülməsi maddəsi ilə beynəlxalq axtarışda olduğu müəyyən edilib.
Nəşrin məlumatına görə, Əliyev 9 iyun səhəri Rusiya Daxili İşlər Nazirliyinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən Makarova sahilindəki bir evdə saxlanılıb.
O, digər maddələrlə yanaşı, cinayətkar iyerarxiyada yüksək vəzifə tutmaqda ittiham olunur və buna görə 15 ilə qədər həbs cəzası nəzərdə tutulur.
Yusif Əliyev polisə bu günə qədər gizlənmədiyini və Belarusda yaşadığını bildirib.
Qeyd edək ki, Yusif Əliyev 2009-cu ildə hədə-qorxu və adam oğurluğu şübhəsi ilə həbs edilib. Ancaq Əliyev tezliklə şərti azadlığa buraxılıb və mənbənin bildirdiyinə görə o sonradan gizlənib.

DİGƏR XƏBƏRLƏR

Top