Bakıda mənzildə yanğın olub, ölən var

Bakıda yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyi (FHN) saytının xəbərinə görə, Bakının Xətai rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 86 m2 olan 4 otaqlı mənzilin 1 otağında 1 ədəd çarpayı və yataq dəsti yanıb. Yanğın nəticəsində 1947-ci təvəllüdlü Gülməmmədov Gülməmməd Feyzulla oğlu yanaraq vəfat edib. Mənzil yanğından mühafizə olunub. Yanğın saat 01:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

DİGƏR XƏBƏRLƏR

Top