
Donald Trampın prezident kimi ikinci müddətinin başlamasından bəri ailəsi bir sıra kriptovalyuta ilə əlaqəli layihələrdən ən azı 2,3 milyard dollar qazanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentlik Trampların dörd əsas kriptovalyuta layihəsindən nə qədər pul qazandıqlarını və bu layihələrə öz pullarının nə qədərini yatırdıqlarını təhlil edib.
Məqalədə qeyd edilir ki, aprelin sonuna qədər Tramp ailəsi kriptovalyutalardan demək olar ki, heç bir risk olmadan 2,3 milyard dollar qazanıb.
Agentliyin məlumatına görə, ABŞ prezidentinin ailəsinə fayda verən şirkətlər arasında “World Liberty Financial”, “AI Financial Corp.” və “American Bitcoin” var. Xüsusilə “World Liberty Financial” token satışından təxminən 1,4 milyard dollar qazanıb.
Agentlik qeyd edir ki, Amerika liderinin oğulları Erik Tramp və kiçik Donald Tramp kriptovalyutalarla bağlı layihələrin həyata keçirilməsində iştirak edirlər.
Tətbiqimizi yükləyə bilərsiniz