
Yüksək sərnişin tələbatını qarşılamaq məqsədilə Bakı-Tbilisi-Bakı qatarı ilə sərnişindaşıma imkanları genişləndirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.
Bildirilib ki, tətil və məzuniyyətlər dövrü olan yay mövsümündə qatarla səyahətə tələbatın daha da artması ilə 11 iyundan etibarən Bakıdan və 12 iyundan Tbilisidən hərəkət edən qatarlara əlavə vaqon qoşularaq daha çox sərnişinin daşınması təmin ediləcək:
“Qeyd edək ki, biletləri dəmiryol kassaları, ADY-nin rəsmi saytı və “ADY Mobile” tətbiqindən əldə etmək olar”.
Tətbiqimizi yükləyə bilərsiniz