“ABŞ-İran razılaşması aylar çəkə bilər” – Vens


ABŞ və İran arasında potensial razılaşma aylar çəkə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti C.D. Vens çərşənbə axşamı “CBS News” telekanalına verdiyi müsahibədə bildirib.
Belə ki, jurnalist ona tərəflərin noyabrın 3-də ABŞ-də keçiriləcək ara seçkilərə qədər razılığa gəlmələrinin mümkün olub-olmayacağı ilə bağlı sual verib.
O, isə cavabında ABŞ və İranın bir həftə ərzində də razılığa gəlməsinin istisna olmadığını bildirib. 
Vens həmçinin tərəflərin Vaşinqton üçün iqtisadi cəhətdən faydalı olan və əslində İranın nüvə proqramını həll edən bir razılaşma əldə etməyə yaxın olduğunu qeyd edib.
Vitse-prezident eyni zamanda qeyd edib ki, Vaşinqton Tehranla uzunmüddətli razılaşma əldə etməyə ümid edir.
“Düşünürəm ki, bu məqsədə çatmağa yaxınıq, amma hələ də görüləsi işlərimiz var və bunu davam etdirəcəyik”, - deyə o əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top