ABŞ-ın cənub-şərqində qasırğa nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb. Bu barədə "Associated Press" məlumat yayıb. Məlumatda bildirilir ki, Corciya ştatının Fövqəladə Hallar Agentliyinin nümayəndəsi Ketrin Xouden təbii fəlakət zamanı növbəti qurbanlar barəsində bildirib. O, daha 3 nəfərin öldüyünü təsdiqləyib. Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp qasırğadan, fırtınalardan və leysanlardan zərər çəkmiş Corciya, Florida və Alabama ştatlarına federal yardımın göstəriləcəyini vəd edib.Report