Nazir idi, indi ABŞ-də kuryer işləyir – Video


Qırğızıstanın keçmiş əmək və sosial inkişaf naziri Ulukbek Koçkorovun ABŞ-də kuryer işlədiyi bildirilir.
Yeniavaz.com
xəbər verir ki, sosial şəbəkələrdə yayılmış videoda parlamentin keçmiş üzvünün avtomobilin baqajına bağlamalar yüklədiyi görünür.
Videonun müəllifləri onun ABŞ-də “Amazon” şirkətində kuryer işlədiyini iddia edirlər.
Video sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub.
Bəzi istifadəçilər istənilən işin hörmətə layiq olduğunu qeyd ediblər. Bəzi istifadəçilər isə Koçkorovun siyasi karyerasını və Qırğızıstanda dövlət vəzifələrindəki fəaliyyətini xatırladıblar.
Qeyd edək ki, Ulukbek Koçkorov “Ata-Jurt” partiyasından V çağırış Joqorku Keneşin (Qırğızıstan Parlamenti) üzvü olub. 2017-ci ildə o, prezidentliyə namizədliyini irəli sürüb. 2018-ci ildə Qırğızıstanın əmək və sosial inkişaf naziri təyin edilib.
2020-ci ildə isə Koçkorov “Birimdik” partiyasının üzvü kimi parlament seçkilərində iştirak edib. 2020-ci ilin sonlarında baş verən siyasi hadisələrdən sonra o, nazir vəzifəsindən azad edilib.
Məlumata görə, o, son bir neçə ildir ki, ailəsi ilə birlikdə ABŞ-nin Çikaqo şəhərində yaşayır. Lakin o, hazırkı fəaliyyəti barədə ictimaiyyətə açıqlama verməyib.
Keçmiş nazirlə bağlı video qısa bir vaxtda sosial şəbəkələrdə viral olub.

DİGƏR XƏBƏRLƏR

Top