Millilərin oyununda kamera 20 metr hündürlükdən meydançaya düşdü – Video


Macarıstan və Qazaxıstan millilərinin Debretsen şəhərindəki Nagyerdei stadionunda keçirdiyi yoldaşlıq oyununda naqillərlə asılmış kamera meydana düşüb və oyun qısa müddətə dayandırılıb.
Yenivaz.com
Macarıstan mətbuatına istinadla xəbər verir ki, yanğın kameranı dəstəkləyən kabelə zərər verdikdən sonra ilk hissənin ortalarında tüstülənməyə başlayıb.
Kamera daha sonra 20 metrdən çox hündürlükdən yerə – operatordan iki metr aralıya düşüb və heç kim xəsarət almayıb.
Macarıstan Qazaxıstanı 3-1 hesabı ilə məğlub edib.

DİGƏR XƏBƏRLƏR

Top