
Məşqçi Joze Mourinyo bu gün, iyunun 9-da Madridə gələcək və onun “Real Madrid”in baş məşqçisi kimi təqdimatı sabah, iyunun 10-da gözlənilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Ramon Alvarez de Mon sosial media hesabında məlumat yayıb.
Bir müddət əvvəl Florentino Peres prezident seçkilərində qələbə qazandıqdan sonra portuqaliyalı məşqçinin “Real” klubunun baş məşqçisi təyin olunduğunu elan etmişdi.
Mourinyo əvvəllər 2010-cu ildən 2013-cü ilə qədər “Real Madrid”də çalışıb. Onun rəhbərliyi altında komanda İspaniya liqasını, İspaniya Kubokunu və İspaniya Super Kubokunu qazanıb. Ötən mövsüm “Los Blancos” bir dənə də kubok qazana bilməyib. Xabi Alonso ötən mövsümün ilk yarısında Madrid klubuna rəhbərlik edib. Yanvar ayında vəzifəsindən azad edildikdən sonra Alvaro Arbeloa onun yerinə keçib, lakin mövsümün sonunda istefa verib.
Tətbiqimizi yükləyə bilərsiniz