
Dağıstanın Kızılyurt şəhərində magistral qaz kəmərində üç partlayış baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Dağıstan Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.
“Kızılyurt şəhərində qaz kəmərinin partlayışla nəticələnməsi barədə 112 sisteminə məlumatlar daxil olmağa başlayıb. Hadisə yerinə qüvvələr və vasitələr göndərilib. İlkin məlumata görə, diametri 1200 mm olan magistral qaz kəmərində üç partlayış baş verib. Məlumat dəqiqləşdirilir”, - nazirlikdən bildirilib.
Nazirliyin məlumatına görə, qaz kəmərinin partlaması yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib:
“Kızılyurtda yanacaqdoldurma məntəqəsinin yaxınlığında qaz kəmərinin partlaması baş verib. Hadisə yerində yanğın baş verib və qaz təzyiq altında çıxır. Əvvəlcə üç partlayış səsi eşidilib”.
Partlayış və yanğın yerində alovlanmanın hündürlüyü 15 metrə çatıb. Hadisə Bavtuqay və Gelbax kəndləri arasında baş verib.
Qeyd edilib ki, kəmər xəttin 718-ci km-dən 661-ci km-ə qədər hissəsi bağlanıb. Ölən və yaralanan yoxdur.
Tətbiqimizi yükləyə bilərsiniz