
Bakının Sabunçu rayonunda açıq ərazidəki yanğın söndürülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Sabunçu qəsəbəsində açıq ərazidə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə, həmçinin yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
***19:36
Bakının Sabunçu rayonunda açıq ərazidə yanğın baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hadisə ilə bağlı nazirliyin "112" qaynar telefon xəttinə Sabunçu qəsəbəsində açıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
Məlumat əsasına dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz