
Niderlandın İrandakı səfirliyi fəaliyyətini bərpa edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Niderlandın Bakıdakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, müvəqqəti olaraq Tehrandan Bakıya köçürülmüş səfirlik iyunun 7-də Tehrandakı fəaliyyətini bərpa edib.
Azərbaycana Niderlandın İrandakı səfirliyinə dəstək göstərdiyinə görə minnətdarlıq ifadə edilib.
Qeyd edək ki, bundan əvvəl Niderlandın Tehrandakı səfirliyi ABŞ-İran müharibəsi zamanı təhlükəsizlik səbəbilə İrandan köçürülərək işinə Bakıda davam edib.
Tətbiqimizi yükləyə bilərsiniz