
ABŞ, İsrail və İran arasında münaqişənin başlamasından bəri Fars körfəzində gəmilərə 29 hücum olub.
Yeniavaz.com xəbər verir ki, bu rəqəmlər Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) tərəfindən hazırlanan 28 fevral - 8 iyun tarixlərini əhatə edən statistik hesabatda təqdim olunub.
UKMTO hesabatında Fars körfəzi, Hörmüz boğazı və Oman körfəzində gəmilərlə bağlı müxtəlif hadisələr barədə 54 bildiriş aldığı bildirilir. Bunlardan 29 hadisə birbaşa hücum olub, 23 şübhəli fəaliyyət və iki qaçırma hadisəsi də qeydə alınıb.
Qeyd etmək lazımdır ki, son bir ay ərzində hadisələrin sayı xeyli azalıb. Koordinasiya mərkəzinin oxşar məlumatları təqdim etdiyi 5 maydan bəri yalnız dörd yeni hücum və beş şübhəli fəaliyyət hadisəsi qeydə alınıb.
BMT-nin Beynəlxalq Dəniz Təşkilatının məlumatına görə, münaqişənin başlanğıcından bəri 41 hadisə qeydə alınıb və nəticədə 11 dənizçi həlak olub, bir neçəsi isə ağır yaralanıb.
Tətbiqimizi yükləyə bilərsiniz