Xamenei nə vaxt dəfn ediləcək?


İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimi iyunun 25-dən sonra keçiriləcək.
Yeniavaz.com
“Tasnim”ə istinadən xəbər verir ki, bu barədə Xameneinin şəhadətini anma qərargahı məlumat yayıb.
Bəyanatda vida və dəfn mərasimlərinin ləyaqətli şəkildə keçirilməsini təmin etmək üçün geniş hazırlıqların aparıldığı vurğulanaraq, tədbirlərin vaxtı və təfərrüatları ilə bağlı yerli və xarici mediada yayılan fərziyyələrə və təsdiqlənməmiş məlumatlara qarşı xəbərdarlıq edilib.
Bəyanatda bu cür şayiələrin tarixi toplantıda iştirak etmək istəyənlər arasında çaşqınlıq yaratdığı və onların heç bir əsası olmadığı vurğulanıb.
Xamenei ilə vida və dəfn mərasiminin Məhərrəm ayının ilk ongünlüyündən sonra keçiriləcəyi və bununla bağlı daha sonra ətraflı məlumat veriləcəyi qeyd olunub.
Xatırladaq ki, Seyid Əli Xamenei 28 fevralda ABŞ və İsrailin Tehrana birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə öldürülüb. Daha sonra onun yerinə oğlu Müctəba Xamenei seçilib.

DİGƏR XƏBƏRLƏR

Top