“İvan Draqo” idman səfiri oldu


Hollivud aktyoru Dolf Lundqren 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya oyunları üçün Beynəlxalq Müasir Beşnövçülük İttifaqının (UIPM) səfiri olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ittifaqın mətbuat xidməti məlumat yayıb.
68 yaşlı Lundqren 1996-cı il Olimpiadasında ABŞ-nin beşnövçülük komandasının kapitanı olub.
Ancaq aktyor oyunlarda birbaşa iştirak etməyib. Onun vəzifələrinə ABŞ Milli Olimpiya Komitəsi ilə əlaqələri koordinasiya etmək və idman növünü təbliğ etmək daxil olub.
Qeyd edək ki, Lundqren Silvestr Stallonenin “Rokki 4” filmindəki Rokki Balboa obrazının əsas antaqonisti olan uydurma sovet boksçusu İvan Draqo rolu ilə şöhrət qazanıb.
O, həmçinin “Kainatın hökmdarları”, “Qırmızı əqrəb” və “Qisasçılar” kimi filmlərdə də rol alıb.
Xatırladaq ki, 2028-ci il Yay Olimpiya Oyunları 14-30 iyul tarixlərində Los-Ancelesdə keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top